Bank

Bank sənayesi son vaxtlar çoxlu dəyişikliklərə məruz qalıb. Qaçınılmaz qlobal problemlər bank sektorunda insanları distant işləməyə vadar etdi və bu səbəbdən banklar rəqəmsal xidmətlərə keçid etməyə başladı. Müştərilərin gözləntiləri artır və bulud əsaslı həllər müştərilərin bu gözləntilərini qarşılamaq üçün çeviklik təmin edir.

Instacall proqram təminatından əvvəl:
  1. Bəzi müştərilər ümumi suallar üçün zəng edir və bu, gələn zənglərin həcmini artırır.
  2. Növbədə uzun müddət gözləmək səmərəliliyi və müştəri məmnuniyyətini azaldır.
  3. Yeni agentlərin təlimi kifayət qədər vaxt tələb edir və işçilərin buna vaxtı yoxdur.
  4. Banklar fiziki binalara və çağrı mərkəzi şöbələrinə çoxlu pul yatırırlar.
  5. Bəzən insan resurslarının planlaşdırılması dəqiqliklə təşkil oluna bilmir.

Bank sənayesi Instacall-dan necə faydalana bilər?

  1. IVR müəyyən bank xidmətlərindən agentlə danışmadan istifadə etməyi təklif edir.
  2. Avtomatik Zənglərin Paylanması (ACD) daxil olan zənglərə cavab verir və onları müvafiq agentlərə yönləndirir. Beləliklə, müştərilərin gözləmə müddətini azaldır.
  3. Müştərilər agentlərə geri zəng statusu və ya səsli mesaj göndərə bilər və sonra agentlər uyğun olduqda, müştərinin bildirişini görəcək və mümkün qədər tez cavab verəcəklər.
  4. Zənglərin qeydə alınması funksiyası yeni əməkdaşlara bu danışıqlara qulaq asmaqla ümumi suallara hazırlaşmağa və təcrübə keçməyə imkan verəcək.
  5. Agentlər dəyişən rejimdə və istənilən yerdən işləyə bilərlər.
  6. Analitika sizə pik saatları təyin etməyə imkan verəcək və bununla bağlı müəyyən sayda agent təyin edə bilərsiniz.

Instacall Bulud əsaslı Çağrı Mərkəzi:

  1. Kompüter və telefonu vahid sistemdə birləşdirərək, agentlərin telefon danışığı ilə müştərilərlə əlaqə saxlaması və bütün zənglərin ardıcıl və daimi qeydlərinin aparmasını təmin edir.
  2. Müştərilərin sual və müraciətlərindən asılı olaraq, müvafiq agentlə danışmalarını təmin etmək üçün interaktiv səsli cavablandırma (IVR) ilə zəng yönləndirməsini özündə cəmləşdirir.
  3. Yüksək səviyyəli dashboard (lövhə), ortalama zəng müddəti, zəng gözləmə müddəti və s. kimi məlumatların daxil olduğu detallı reportinq və hesabatlar təmin edir.
  4. Bulud əsaslı olduğundan, çağrı mərkəzinizin hər hansı bir hardware sistemdə yerləşdirilməsi və ya saxlanması ehtiyacını aradan qaldıraraq, sadəcə internet və computer vasitəsilə asan və effektiv çağrı mərkəzi təmin edir.

Bizimlə əlaqə saxlayın

Ünvanımız