Səhiyyə

Vaxt çox dəyərlidir, xüsusilə də səhiyyə sektorunda xəstələrlə ünsiyyət zamanı təcili tədbirlər görmək vacibdir. Bununla belə, qüsursuz müştəri xidmətinə mane olan bəzi problemlər mövcuddur.

Instacall proqram təminatından əvvəl:
  1. Operatorlar xoşagəlməz müştəri təcrübələri ilə bağlı birbaşa təşkilata müraciət etmirlər
  2. Agentlər yanlış məlumat verirlər və ya diqqətsizlik səbəbindən səhvə yol verirlər
  3. Zənglərin keyfiyyətinə nəzarət edilmir
  4. Tibbi məlumatların idarəedilməsi qeyri-mütəşəkkildir
  5. Xəstələrə telefonla dəstək seçimindən başqa heç bir kommunikasiya vasitə kanalı verilmir

Səhiyyə sektoru Instacall-dan necə faydalana bilər?

  1. Bulud üzərindən IVR funksiyası xəstələrin məlumat sorğularını özlərinin həyata keçirməsinə kömək edir
  2. Buludda yerləşdirilən zəng mərkəzi xəstəni mümkün olan ən yaxşı həll və ya resursa yönləndirir
  3. Zəng sisteminin bir platformada olması şöbələr arası əlaqəni inkişaf etdirir
  4. CRM - Müştərilərlə Əlaqələrin İdarəetməsi Sisteminin inteqrasiyası xəstələrə aid sənədləri, sorğuları və tarixçəni əldə etməyi asanlaşdırır
  5. Geri zəngetmə funksiyası vaxta qənaət edir və zəng edənlərin gözləmə müddətini azaltmaqla müştəri məmnuniyyətini artırır
  6. Kampaniyaları əvvəlcədən mövcud olan müştəri siyahısı ilə avtomatik idarə edə bilərsiniz
  7. Real vaxt rejimində monitorinq sizə agentlərinizin zəng edənlərlə necə münasibət qurduğunu müşahidə etmək üçün imkan verir

Instacall Bulud əsaslı Çağrı Mərkəzi:

  1. Kompüter və telefonu vahid sistemdə birləşdirərək, agentlərin telefon danışığı ilə müştərilərlə əlaqə saxlaması və bütün zənglərin ardıcıl və daimi qeydlərinin aparmasını təmin edir.
  2. Müştərilərin sual və müraciətlərindən asılı olaraq, müvafiq agentlə danışmalarını təmin etmək üçün interaktiv səsli cavablandırma (IVR) ilə zəng yönləndirməsini özündə cəmləşdirir.
  3. Yüksək səviyyəli dashboard (lövhə), ortalama zəng müddəti, zəng gözləmə müddəti və s. kimi məlumatların daxil olduğu detallı reportinq və hesabatlar təmin edir.
  4. Bulud əsaslı olduğundan, çağrı mərkəzinizin hər hansı bir hardware sistemdə yerləşdirilməsi və ya saxlanması ehtiyacını aradan qaldıraraq, sadəcə internet və computer vasitəsilə asan və effektiv çağrı mərkəzi təmin edir.

Bizimlə əlaqə saxlayın

Ünvanımız