Pərakəndə satış

Onlayn alış-veriş və çatdırılma pərakəndə satış sektorunda şərtləri dəyişdirdiyi üçün səmərəliliyinin artırılması və təkmilləşmiş müştəri təcrübəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Instacall proqram təminatından əvvəl:
  1. Ənənəvi mağazalardan rəqəmsal biznes xidmətlərinə keçmək çətindir.
  2. Müştərilər bütün kanallar vasitəsilə kommunikasiya qurmağı gözləyirlər.
  3. Müştərilərə operativ şəkildə cavab verilmir.
  4. Brend və müştəri arasında münasibətin gözlənilən səviyyədə olmaması loyallığı azaldır.
  5. Müştərilərlə effektiv kommunikasiya sisteminin olmaması marketinq potensialınızı məhdudlaşdırır.

Pərakəndə satış sektoru Instacall-dan necə faydalana bilər?

  1. Təkmilləşdirilmiş zəng mərkəzi satışları artırmağınız və müştərilərdən rəy almağınız üçün imkanlar yaradır.
  2. Instacall proqram təminatının zəng növbəsi, geri zəng və səsli mesaj kimi funksiyaları sizin daim satış etməyinizi və müştərilərin zənglərini cavablamağınızı təmin edir.
  3. Zəng edənlərin adlarını CRM verilənlər bazanıza əlavə etmək sizə müştərilərinizə fərdiləşdirilmiş xidmət göstərmək şansı verəcək.
  4. Hesabatlar və analitika sizə toplanmış məlumatlar əsasında yeni qərarlar qəbul etməyə və yüksək səviyyəli xidmət təqdim etməyə imkan verəcək.
  5. Daha çox müştəriyə çatmaq üçün telemarketinq kampaniyalardan istifadə edə bilərsiniz.
  6. Müxtəlif kanallarda üzərindən ünsiyyət yaradaraq bütün sorğuları idarə edə biləcəksiniz.

Instacall Bulud əsaslı Çağrı Mərkəzi:

  1. Kompüter və telefonu vahid sistemdə birləşdirərək, agentlərin telefon danışığı ilə müştərilərlə əlaqə saxlaması və bütün zənglərin ardıcıl və daimi qeydlərinin aparmasını təmin edir.
  2. Müştərilərin sual və müraciətlərindən asılı olaraq, müvafiq agentlə danışmalarını təmin etmək üçün interaktiv səsli cavablandırma (IVR) ilə zəng yönləndirməsini özündə cəmləşdirir.
  3. Yüksək səviyyəli dashboard (lövhə), ortalama zəng müddəti, zəng gözləmə müddəti və s. kimi məlumatların daxil olduğu detallı reportinq və hesabatlar təmin edir.
  4. Bulud əsaslı olduğundan, çağrı mərkəzinizin hər hansı bir hardware sistemdə yerləşdirilməsi və ya saxlanması ehtiyacını aradan qaldıraraq, sadəcə internet və computer vasitəsilə asan və effektiv çağrı mərkəzi təmin edir.

Bizimlə əlaqə saxlayın

Ünvanımız