Turizm/nəqliyyat

Turizm və otelçilik sənayesi müştəri xidmətinin keyfiyyətinə görə inkişaf edir. Gəlir əldə etmək üçün üstün müştəri təcrübəsi lazımdır. Bulud əsaslı zəng mərkəzi proqram təminatı müştərilərin səyahəti ilə bağlı problemsiz dəstək və real vaxt izləməsini təmin edir.

Instacall proqram təminatından əvvəl:
  1. Agentlərin müştərilərin nəyi sevib sevmədiyi haqda məlumatı yoxdur və müstəsna müştəri təcrübəsinin çatdırılması şübhə doğurur.
  2. Müştərilərin bir neçə kanal vasitəsilə əlaqə saxlaması məhdudlaşdırılır.
  3. Gec cavab müddəti bahalı və səmərəsiz xidmətlə nəticələnir.
  4. Müştərilərin dərhal və ən çox verilən sualları bir anda cavablandırılmır.
  5. Məlumat analitikasının olmaması biznesinizin inkişafını əngəlləyir.

Turizm/nəqliyyat sənayesi Instacall-dan necə faydalana bilər?

  1. Müştəri yönümlü təlim vasitələri sayəsində agentləriniz daha az səhvə yol verəcək.
  2. Bütün zəngləri izləmək sizə daha yaxşı marketinq kampaniyaları hazırlamağa kömək edəcək.
  3. CRM verilənlər bazası agentlərinizə müştərilər haqqında bütün lazımi məlumatı əldə etməyə imkan verəcək. Müştəriyə özəl təklif etməklə yanaşı, müştərilərin vaxtına qənaət edəcəksiniz.
  4. Müştəri problemləri bir bilet daxilində qeydə alınır və bu, sizə sadələşdirilmiş şəkildə dəstək verməyə imkan verir.

Instacall Bulud əsaslı Çağrı Mərkəzi:

  1. Kompüter və telefonu vahid sistemdə birləşdirərək, agentlərin telefon danışığı ilə müştərilərlə əlaqə saxlaması və bütün zənglərin ardıcıl və daimi qeydlərinin aparmasını təmin edir.
  2. Müştərilərin sual və müraciətlərindən asılı olaraq, müvafiq agentlə danışmalarını təmin etmək üçün interaktiv səsli cavablandırma (IVR) ilə zəng yönləndirməsini özündə cəmləşdirir.
  3. Yüksək səviyyəli dashboard (lövhə), ortalama zəng müddəti, zəng gözləmə müddəti və s. kimi məlumatların daxil olduğu detallı reportinq və hesabatlar təmin edir.
  4. Bulud əsaslı olduğundan, çağrı mərkəzinizin hər hansı bir hardware sistemdə yerləşdirilməsi və ya saxlanması ehtiyacını aradan qaldıraraq, sadəcə internet və computer vasitəsilə asan və effektiv çağrı mərkəzi təmin edir.

Bizimlə əlaqə saxlayın

Ünvanımız